-Əhalinin hüquqi və iqtisadi sahədə maarifləndirilməsi,cəmiyyətin hüquq düşüncəsinin və mədəniyyətinin yüksəlməsi işinə kömək göstərmək;
-Hüquqi və iqtisadi maarifləndirmə ilə bağlı layihələrin həyata keçirilməsi;
-Qüvvədə olan milli qanunvericilik aktlarının və beynəlxalq normativ aktların tədqiqi,izahı və təbliği;
-Əlillərə,şəhid ailələrinə,kimsəsizlərə və digər sosial təminata ehtiyacı olanlara yardım göstərmək və s.

RHİM-İB fəaliyyət istiqamətləri çərçivəsində Qarabağ həqiqətlərinin və ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyinin,ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması,həmçinin Azərbaycan tarixi,mədəniyyəti və incəsənətinin ölkə xaricində təbliği,gənclərin maarifləndirilməsi,onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi,şəhid ailələrinə,qazilərə,fiziki imkanları məhdud insanlara qayğı və diqqətin təşviqi məqsədi ilə müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq məqalələrin çap edilməsi,çoxsaylı kitabların nəşri və tədbirlərin təşkili,ölkə başçısının inkişaf strategiyasını dəstəkləyən və ictimai siyasi həyatda aktual mövzulara həsr olunmuş layihələrin həyata keçirilməsi və ya bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparır

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir