Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin təşkilatçılığı, YAP Masallı rayon Gənclər Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın dəstəyi ilə Masallı gəncləri “Hərbi Qənimətlər Parkı”na səfər ediblər. Arzu xanım “Hərbi Qənimətlər Parkı”na və fəxri xiyabana gənclərlə birlikdə səfərindən sonra, gənclərimizi ofisində qonaq edib. Görüşdə Masallı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru -Vafiq Xəlilov iştirak edib. Vafiq Xəlilov Arzu xanıma Masallı Gənclərini diqqətdə saxlayaraq onlara hər zaman diqqət və qayğı göstərdiyinə görə rayon gəncləri adından təşəkkür edib.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir