Qubadlı rayonunun işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Qadın Sahibkarlar Assosasiyasının rəhbəri Səkinə xanım və təşkilatın üzvləri ilə birlikdə Qubadlı Rayon İcra Hakimiyyətini ziyarət etdik, dəyərli həmkarım Ceyhun Məmmədov, icra başçısı Malik İsaqovla geniş fikir mübadiləsi apardıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi hər bir azərbaycanlı üçün ən böyük hadisədir. Qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi sayğı ilə anırıq. Qədim və gözəl Qubadlı rayonumuzun işğaldan azad edilməsinin birinci ildönümündə bütün Qubadlıları və azərbaycanlıları təbrik edirik. İnanırıq ki, cənab Prezidentimizin rəhbərliyi və xalqımızın dəstəyi ilə Qubadlı rayonu qısa zamanda yenidən yüksək səviyyədə qurulacaq və insanlarımız öz yurd yuvalarına dönə biləcəklər. Bu görüşdə iştirak edən və rayonun şəhid ailələrinə diqqətinə görə Qadın Sahibkarlar Assosasiyasının rəhbəri Səkinə Babayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova və təşkilatın bütün üzvlərinə təşəkkürümü bildirirəm.Şəhid ailələri və qazilərə dəstək olmaq hər birimizin borcudur.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir