RHİM-İB-nin əsas fəaliyyət istiqamətləri
-Əhalinin hüquqi və iqtisadi sahədə maarifləndirilməsi,cəmiyyətin hüquq düşüncəsinin və mədəniyyətinin yüksəlməsi işinə kömək göstərmək;
-Hüquqi və iqtisadi maarifləndirmə ilə bağlı layihələrin həyata keçirilməsi;
-Qüvvədə olan milli qanunvericilik aktlarının və beynəlxalq normativ aktların tədqiqi,izahı və təbliği;
-Əlillərə,şəhid ailələrinə,kimsəsizlərə və digər sosial təminata ehtiyacı olanlara yardım göstərmək və s.
 
Yuxarıda qeyd olunan və digər çoxsaylı fəaliyyətin həyata keçirilməsi zamanı RHİM-İB Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları,qeyri-hökümət təşkilatları və digər qurumlarla sıx əməkdaşlıq edir.
 
RHİM-İB fəaliyyət istiqamətləri çərçivəsində Qarabağ həqiqətlərinin və ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyinin,ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların beynəlxalq aləmdə tanıdılması,həmçinin Azərbaycan tarixi,mədəniyyəti və incəsənətinin ölkə xaricində təbliği,gənclərin maarifləndirilməsi,onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi,şəhid ailələrinə,qazilərə,fiziki imkanları məhdud insanlara qayğı və diqqətin təşviqi məqsədi ilə müxtəlif mətbuat orqanlarında mütəmadi olaraq məqalələrin çap edilməsi,çoxsaylı kitabların nəşri və tədbirlərin təşkili,ölkə başçısının inkişaf strategiyasını dəstəkləyən və ictimai siyasi həyatda aktual mövzulara həsr olunmuş layihələrin həyata keçirilməsi və ya bu kimi layihələrə dəstək verilməsi istiqamətində fəal iş aparır.
 
Arzu Bağırova Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin tərkibində qlobal əhəmiyyət daşıyan mövzulara həsr olunmuş bir sıra beynəlxalq konfranslarda iştirak etmiş,həmçinin ölkəmizdə təşkil olunmuş tədbirlərə qatılmışdır.
 
BEYNƏLXALQ TƏRBİRLƏR
 
Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət Kompaniyasi”çərçivəsində Türkiyənin bir sıra şəhərlərində təşkil olunmuş silsilə tədbirlərdə iştirak;
 
 
2017-ci ildə Yaponiyanın Tokio və 2018-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilmiş Ümumdünya Qadın Sammiti (Global Summit of Women);
 
2018-ci ildə Tailandın Banqkok şəhərində təşkil olunmuş Asiya-Sakit Okean Regional Konfransı(BPW İnternational Asia-Pacific Regional Conference);
 
2019-cu ildə Şri-Lankanın Kolombo şəhərində keçirilmiş Qadınların Gələcəyi (Future of Women) mövzusunda II Beynəlxalq Konfrans;
 
2018-ci ildə Macarıstanın Budapeşt şəhərində keçirilmiş Turan Qurultayı;
 
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi tərəfində təşkil olunmuş”Görkəmli adamların həyatı.Bioqrafiya davam edir silsiləsindən İlham Əliyev kitabı”nın təqdimat mərasimi;
 
Azərbaycan Respublikasının İndoneziyadakı Səfirliyi tərəfindən Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə təşkil edilmiş bayram tədbiri.